...

2015-ci ildə BDU-da yerinə yetirilmiş elmi tədqiqat işlərinin hesabatı olub (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2016 16:57 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi və 2015-ci ildə BDU-da yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclasdan öncə bununla əlaqədar sərgiyə baxış keçirilib, Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Təkamül-təlimi muzeyinin yenidən qurulmasından sonra açılışı olub. Sonra Elmi Şuranın iclası başlayıb.

Rektor, akademik Abel Məhərrəmov ordumuzun Dağlıq Qarabağ bölgəsindəki əməliyyatları barədə məlumat verib, universitet tələbələrinin orduya dəstək aksiyasından danışıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlikdə duran məsələləri diqqətə çatdıran rektor professor Abuzər Xələfova universitetin "Fəxri professor" mükafatını təqdim edib və bir neçə universitet alimi yubileyləri münasibətilə təltif olunub.

Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2015-ci ildə də BDU "QS World University Rankings" reytinqinə görə yenidən dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytin siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb. Bakı Dövlət Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında da yer tutub. BDU-nun 83-cü yerdə qərarlaşdığı siyahını "QS World University Rankings" təqdim edib. Bakı Dövlət Universiteti artıq ikinci ildir ki, bu siyahıya düşür. Bakı Dövlət Universiteti həmçinin ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxaq RUR reytinqində 750 universitet arasında 2015-ci ildə 656-cı, 2016-cı il üçün yenicə elan edilən siyahıda isə 634-cü olub. Reytinq "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

İclasda 2015-ci ildə yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

Sonra Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin yeni qurulmuş studiyası haqqında videoçarx nümayiş olunub, Fizika və Hüquq fakültələri "İlin fakültəsi" adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti