Bakı. Trend:
Məşhur müğənni, aprelin 27-də paytaxtımızda ilk dəfə konsert proqramı ilə çıxış edəcək Eros Ramazotti bakılı pərəstişkarlarına salam göndərib.
Trend-in məlumatına görə, E.Ramazotti onu sevən hər kəsi möhtəşəm konsert gecəsində gözlədiyini bildirib.
Xatırladaq ki, E.Ramazottinin konserti aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək. Dünya turu çərçivəsində ilk dəfə Bakıda konsert verəcək E.Ramazotti izləyicilərə gözəl musiqi və şou təqdim etməklə yanaşı, özü də Bakı və onun sakinləri ilə yaxından tanış olmaq arzusundadır.