...

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 18 Aprel 2016 11:23 (UTC +04:00)
Nazir Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək.
Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Nazir Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.

Gənclər və idman naziri Azad Rəhimov aprelin 27-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhər sakinləri iştirak edəcəklər.

Saat 11:00 üçün nəzərdə tutulmuş qəbul Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti-98, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağdaş - 050-328-33-00, 055-502-26-00
Ağsu - 050(055)-383-44-00
Bərdə - 050-222-95-96
Göyçay - 050-265-91-00, 055-236-31-76
Kürdəmir - 070-790-02-72
Mingəçevir - 050-533-15-29
Tərtər - 055-298-52-32
Ucar - 050(055, 070)-304-04-69
Yevlax - 050-616-52-60, 055-817-41-31
Zərdab - 070-236-63-63

Məqalədə:
Xəbər lenti

Xəbər lenti