...

BŞBPİ-yə 5400-ə yaxın ərizə və müraciət daxil olub

Cəmiyyət Materials 20 Aprel 2016 18:15 (UTC +04:00)
Bu ilin 3 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinə 5.398 ərizə və müraciət daxil olub.
BŞBPİ-yə 5400-ə yaxın ərizə və müraciət daxil olub

Bakı. Samir Əli - Trend:

Bu ilin 3 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinə 5.398 ərizə və müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Müraciətlər əsasında 608 vətəndaş qəbul edilib. Müraciətlərin 568-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti