...

Marafon iştirakçısı: Marafon çox yaxşı səviyyədə təşkil olunub

Cəmiyyət Materials 1 May 2016 10:34 (UTC +04:00)
Çox şadam ki, Bakı Marafonunun keçirildiyi bir vaxtda Azərbaycanın paytaxtındayam.
Marafon iştirakçısı: Marafon çox yaxşı səviyyədə təşkil olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Çox şadam ki, Bakı Marafonunun keçirildiyi bir vaxtda Azərbaycanın paytaxtındayam. Bunu Trend-ə artıq bir ildir Bakıda yaşayan marafonun iştirakçısı Ludo Makkloski deyib.

O deyib: "Mən heç vaxt yarım mildən çox qaçmamışam, buna görə bu, maraqlı olmalıdır. Marafon çox yaxşı səviyyədə təşkil olunub, üstəlik, hava şəraiti də yaxşıdır".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti