...

Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı

Cəmiyyət Materials 4 May 2016 15:44 (UTC +04:00)
Nəsimi rayon məhkəməsi həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.
Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı

Bakı. Samir Əli - Trend:

Nəsimi rayon məhkəməsi həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha iki ay uzadıb. Bu barədə Trend-ə F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyrev məlumat verib.

Vəkil bildirib ki, məhkəmə F.Qəhrəmanlı barədə həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxııb və həbs müddəti 2 ay uzadılıb.

F.Qəhrəmanlı ötən il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti