...

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 13 May 2016 10:41 (UTC +04:00)
Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 m-ə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb.

ASC-dən Trend-ə verilən məlumata görə, uzun müddətdir əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərin olduğu yolun uzunluğu 23 km, mövcud eni 6-7 m-dir.

Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 m-ə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.

2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.

Bütün işlər "Azəravtoyol" ASC-n in rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti