Bakı-Trend:
Bu il Gənclər Fondunun yaranmasının 5 ili tamam olur. Fond ötən illərdə nələrə nail ola bildi?
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərimiz buna adekvatlıq göstərə bilirlər?
Bu gün Sizə elə gəlmirmi ki, gənclərimizi tez "qocaldırıq". Gənclərin yaş senzinin maksimum 29-dan 35 yaşa qədər artırılması kimi təkliflər var. Siz necə düşünürsünüz?
Adətən maraqlı qüvvələr üçün gənclər daha asan seçim olur. Azərbaycanda gənclər arasında "beşinci kolon" varmı?
Gənclərin xarici ölkələrə inteqrasiyası bəzən əks effekt verir. Bu zaman dövlətçilik ideyaları arxa plana keçir. Gənclərimzi bu təhlükədən qorumaq üçün hansı işlər görülməlidir?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru FƏRHAD HACIYEVLƏ bu və ya digər məsələlərə aydınlıq gətirib.
SİTATLAR:
"Gənclər Fondu ötən 5 ildə 2 milyon 500 min insanla əməkdaşlıq edib".
"Azərbaycandakı gənclər siyasətindən nümunə götürmək olar".
"Yaş həddinin 29 olması gənclərə motivasiya verir".
"Gənclərin yaş həddinin 35-ə qaldırılması ictimai müzakirəyə çıxarılmalıdır".
"Gənclər arasında 15-20 nəfər "beşinci kolon" olursa, buna ciddi baxmaq lazım deyil".
"Gənclərdə millilik, Vətənə bağlılıq daha çox olmalıdır".
"GÜNDƏMİN TRENDİ" verilişinin tam mətnini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.