...

İlham Əliyev: Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir

Cəmiyyət Materials 27 May 2016 23:06 (UTC +04:00)
“Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilibdir. Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır”.
İlham Əliyev: Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir

Bakı. Trend:

"Azərbaycanda bu il "Multikulturalizm ili" elan edilibdir. Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır". Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan cəmiyyəti əsrlər boyu multikulturalizm şəraitində yaşayır: "Hələ bu ifadə yaranmadan biz milli barışıq, tolerantlıq, qarşılıqlı dəstək və hörmət şəraitində yaşayırdıq. Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir. Biz çalışacağıq və çalışmalıyıq, - bunu da qarşıya vəzifə kimi qoyuram, - həm Azərbaycan təcrübəsi dünyada daha da geniş şəkildə təbliğ edilsin, həm də biz bu təcrübəni digər ölkələrlə paylaşaq ki, dini, milli dözümlülük, tolerantlıq, multikulturalizm meyilləri güclənsin. Əks təqdirdə, bu, bizə də problemlər yarada bilər. Çünki biz adada yaşamırıq və istər-istəməz xarici təsir də mümkündür. Necə ki, biz təsir edirik, Azərbaycana da təbii olaraq, media və digər vasitələrlə təsir göstərilir. Ona görə biz əlbəttə, maraqlıyıq ki, bölgədə və dünyada multikulturalizm meyilləri güclənsin. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti