...

Elmi yanaşma: İyunda qarın yağması çox az rast gəlinən hadisədir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 İyun 2016 13:20
G.Məmmədova Zaqatalaya qarın yağması ilə bağlı məlumatların düzgün olmadığını deyib.
Elmi yanaşma: İyunda qarın yağması çox az rast gəlinən hadisədir (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

İlk xəbər saat 12:51-də yayımlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"İyun ayında Böyük Qafqaz sıra dağlarının yüksək dağlıq ərazilərinə qarın yağması müşahidə edilib".

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

G.Məmmədova Zaqatala rayonuna qarın yağması ilə bağlı məlumatların düzgün olmadığını deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın dəniz səviyyəsindən 3000 metr yüksək olan dağlıq ərazilərə sulu qar və qar yağıb: "Belə hallar bəzi illərin iyun aylarının əvvəllərində müşahidə edilib".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə deyib ki, Böyük Qafqaz sıra dağlarının yüksək dağlıq ərazilərinə iyun ayında qarın yağması çox az rast gəlinən hadisədir: "İyunun 9-10-da Azərbaycanda qar Bazardüzündən yuxarı əraziyə yağa bilər. Amma 2700-2800 metrə qarın yağması müşahidə olunan hadisə deyil. Belə yerlərə qar martda yağa bilər".

M.Həsənov deyib ki, iyunda Böyük Qafqaz sıra dağlarının dəniz səviyyəsindən 2800 metr hündürlüyünə qarın yağması soyuq hava kütlələrinin Azərbaycana daxil olması, soyuq hava kütlələrinin ardıcıl bir neçə gün ölkə ərazisində qalması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti