...

Səyyar ASAN xidmət bu dəfə Balaxanı, Qəbələ, Şabran və Astarada

Cəmiyyət Materials 20 İyun 2016 10:53 (UTC +04:00)
Səyyar ASAN xidmət 20-29 iyun Sabunçu rayonunun Balaxanı qəsəbəsində, 20 iyun-19 iyul Qəbələdə, 20 iyun-4 iyul Şabran və Astarada vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar ASAN xidmət bu dəfə Balaxanı, Qəbələ, Şabran və Astarada

Bakı. Trend:

Səyyar ASAN xidmət 20-29 iyun Sabunçu rayonunun Balaxanı qəsəbəsində, 20 iyun-19 iyul Qəbələdə, 20 iyun-4 iyul Şabran və Astarada vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti