...

"Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" (FOTO)

Cəmiyyət Materials 22 İyun 2016 14:57 (UTC +04:00)
Bu gün "Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" adlı beynəlxalq yardım kampaniyasının yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.
"Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" (FOTO)

Bakı. Trend:

Bu gün "Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" adlı beynəlxalq yardım kampaniyasının yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, "TİKA" bakı ofisinin əməkdaşı Elmir Laçınov, "ASAN Könüllüləri" təşkilatının sədri Bəxtiyar İslamov, Türkiyə Milli Təhsil Nazirliyi Bakı Türk Anadolu Liseyinin müdir müavini Ömər Durak və "Könüllü Gənclər" İctimai Birliyinin üzvü Nurlan Məmmədov layihənin yekun nəticələri barədə məlumat verərək nümayəndələrin suallarını cavablandırıb.

Məlumat üçün bildirək ki, "ASAN Könüllüləri" təşkilatı, "Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı" (TİKA) Bakı nümayəndəliyi, Bakı Türk Anadolu Liseyi və "Könüllü Gənclər" İctimai Birliyinin birgə layihəsi olan "Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" adlı beynəlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusu qazılıb.

Su quyusu Uqandanın Mpici vilayətinin Luunqa ərazisində yerləşən Nsanja orta məktəbinin həyətində qazılıb.

Qeyd edək ki, ümumilikdə 510 şagirdi təmiz su ilə təmin edəcək quyu həmin ərazidə qazılmış ilk su quyusudur.

Yeni qazılmış bu quyu ərazidə ilk və yeganə quyu olduğundan məktəblilərlə yanaşı, ərazidə yaşayan yüzlərlə insanı da içməli su ilə təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti