...

Turizm Assosiasiyası: Türkiyə bu gün də Azərbaycan turistləri üçün əsas prioritet istiqamətdir

Cəmiyyət Materials 29 İyun 2016 12:37 (UTC +04:00)
Bu il ərzində Türkiyədə bir necə terror hadisəsinin olmasına baxmayaraq, qardaş ölkə bu gün də Azərbaycan turistləri üçün əsas prioritet istiqamətdir.
Turizm Assosiasiyası: Türkiyə bu gün də Azərbaycan turistləri üçün əsas prioritet istiqamətdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il ərzində Türkiyədə bir necə terror hadisəsinin olmasına baxmayaraq, qardaş ölkə bu gün də Azərbaycan turistləri üçün əsas prioritet istiqamətdir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

“Cox sayda turistimiz yenə də Türkiyəyə gedir. Türkiyənin Antalya, Bodrum və digər dəniz sahili əraziləri turistlərimizin maraq göstərdiyi yerlərdir”.

N.Bağırov deyib ki, amma ötən illərlə müqayisədə bu il Azərbaycandan Türkiyəyə, eləcə də digər xarici ölkələrə gedən turistlərin sayı azalıb.

Onun sözlərinə görə, terrorla bağlı da xaricə, eləcə də Türkiyəyə getməyən insanlar var: "Bu gün əminliklə demək olmaz ki, hardasa terror olmayacaq. Terror dünyanın əksər ölkələrində baş verir. Bu hadisələr bütün Avropa ölkələrinin turizminə də təsir göstərib”.

N.Bağırov deyib ki, bu il Gürcüstan, Avropa ölkələri də Azərbaycan turistlərinin səfər etdiyi yerlərdəndir.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti