...

"Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edilir

Cəmiyyət Materials 18 İyul 2016 11:42 (UTC +04:00)
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 1-ci "Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edəcək.
"Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edilir

Bakı. Trend:

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı "Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edəcək. Tədbirin keçirilməsində əsas məqsəd bu gün dünyada baş verən münaqişələrin, ölkələr, mədəniyyətlər arasındakı ziddiyətlərin fonunda multikultural ənənələrin müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun formalaşmasına yardımçı olmaqdır.

"Beynəlxalq Gənclər Düşərgəsi"nə əsasən tarixi İpək Yolu ölkələrindən olan gənclərin toplanması nəzərdə tutulur. Müxtəlif mədəniyyət, dini baxışlar fərqlilikləri olan gənclərin bir araya gələrək öz fikirlərini və narahatlıqlarını bölüşməsi üçün bir platformanın yaradılması əsas məqsədlərdən biridir. Eyni zamanda bir həftəlik proqram vasitəsilə sülh içində birlikdə yaşamaq mədəniyyətlərarası təcrübə, tolerantlıq, multikulturalizm inteqrasiya anlaşma və öyrənmək üçün bu düşərgə imkanlar yaradır.

Düşərgədə iştirak edəcək gənclər sonrakı dönəmdə öz ölkələrində bu cür layihələr həyata keçirərək gənclər arasında təbliğat işini həyata keçirəcəklər. Eyni zamanda layihənin davamlılığı üçün əməkdaşlıq şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Layihəyə müraciət etmək üçün aşağıdakı linkə (http://m.uploadedit.com/ba3s/1468320242710.docx) daxil olub formanı doldurmaq və CV ilə birlikdə e-mail ([email protected]) ünvanına göndərmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti