...

Rezidenturaya sınaq imtahanlarına başlanılır

Cəmiyyət Materials 19 İyul 2016 12:08 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.
Rezidenturaya sınaq imtahanlarına başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Komissiyadan Trend-ə verilən məlumata görə, II mərhələ ixtisas fənləri üzrədir.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üzrə imtahan aprelin 3-də keçirilib. İmtahanın II mərhələsi iyulun 29-da olacaq.

Avqustun 1-dən 7-dək isə rezidentura səviyyəsi üzrə ixtisaslaşma aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti