...

215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib (FOTO)

Cəmiyyət Materials 20 İyul 2016 12:16 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Samux rayonunda inşa etdirilmiş 4 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.
215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Samux rayonunda inşa etdirilmiş 4 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, ƏƏSMN cari ildə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib.

Yeni mənzillə təmin olunan şəxslər sosial cəhətdən həssas qrupların, o cümlədən əlil və şəhid ailələrinin Prezident qayğısı ilə əhatə olunduqlarını, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirlməsinə, yeni mənzillərlə təmin edilmələrinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görülür. Bu işlərin davamı kimi, cari ildə respublikanın müxtəlif rayonları üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. (Onlardan 136 nəfəri Qarabağ müharibəsi əlili, 79-u isə şəhid ailəsidir.)

Bildirilib ki, qeyd olunan insanlar aylıq sosial müavinət və ya əmək pensiyası, eyni zamanda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Cari ilin yanvarında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə həmin sosial ödənişlərin növbəti dəfə artırılması təmin olunub. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə isə əlavə hesablanır. Ölkənin əmək qanunvericiliyində də Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulub.

Yerli ictimaiyyətin nümayəndələri çıxış edərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsinin ölkəmizdə daim güclənən sosial siyasətin bariz nümunəsi olduğunu vurğulayıb, sosial müdafiə sahəsinə daim artan dövlət qayğısından razılıqla bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti