...

Azərbaycanda ingilis dili üzrə də markerlər hazırlanacaq

Cəmiyyət Materials 29 İyul 2016 17:34 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə yazı işlərinin hazırlanması üçün markerlər hazırlanmağı nəzərdə tutur.
Azərbaycanda ingilis dili üzrə də markerlər hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə yazı işlərinin hazırlanması üçün markerlər hazırlanmağı nəzərdə tutur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərlə görüşündə deyib.

M.Abbaszadə qeyd edib ki, artıq 4 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparılır. İndiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb.

Görüşdə həmçinin, hər bir fənn üzrə magistrlərlə yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanmışdır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti