...

Sabah yağmurlu hava olacaq

Cəmiyyət Materials 1 Avqust 2016 12:30 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Sabah yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 2-də səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti