...

Mariana Vasileva: Gimnastlarımızdan çox yaxşı çıxışlar gözləyirəm

Cəmiyyət Materials 2 Avqust 2016 01:10 (UTC +04:00)
"Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında gimnastlarımızdan çox yaxşı çıxışlar gözləyirəm".
Mariana Vasileva: Gimnastlarımızdan çox yaxşı çıxışlar gözləyirəm

Bakı. Elçin Mehdiyev - Trend:

"Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında gimnastlarımızdan çox yaxşı çıxışlar gözləyirəm".

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

O bildirib ki, ilk öncə gimnastlarımızın qarşısında duran ən vacib məsələ finala çıxmaqdır: "Ondan sonra təbii ki, məqsəd medal qazanmaq və Rio-de-Janeyroda bayrağımızı ucaltmaqdır".

M.Vasileva bildirib ki, idmançıların əhval-ruhiyyəsi yüksək səviyyədədir: "Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmışıq. Azərbaycan xalqı bizdən yüksək nəticələr gözləyir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqını sevindirək. İnanırıq ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyətinin üzvləri bu gecə Braziliyaya yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti