...

Azərbaycan gimnastı: İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm

Cəmiyyət Materials 2 Avqust 2016 02:07 (UTC +04:00)
"İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm".
Azərbaycan gimnastı: İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm

Bakı. Elçin Mehdiyev - Trend:

"İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm". Trend-in məlumatına görə, bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşən Azərbaycan gimnastı Marina Durunda deyib.

M.Durunda bildirib ki, Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının üzərinə böyük məsuliyyət qoyur:

"Mən ilk dəfədir ki, Olimpiya Oyunlarında iştirak edirəm. Bu oyunlarda iştirak etmək hər bir idmançının arzusudur. Təbii ki, bu cür yarışmada iştirak etmək idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançı kifayət qədər təcrübəli olmalıdır. Mən inanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm".

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyətinin üzvləri bu gecə Braziliyaya yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti