...

Samsung kondisionerləri – yeni nəsil enerji səmərəliliyi

Cəmiyyət Materials 9 Avqust 2016 11:48 (UTC +04:00)
Yeni Samsung kondisionerləri istifadəçiyə yeni imkanlar yaradan innovativ kompressorla təchiz olunub. Kompressorun sayəsində siz maksimal səs azlığı, yüksək komfort və enerji səmərəliliyi əldə edirsiniz.
Samsung kondisionerləri – yeni nəsil enerji səmərəliliyi

Trend-i buradan izləyin

Bakı. Trend:

Yeni Samsung kondisionerləri istifadəçiyə yeni imkanlar yaradan innovativ kompressorla təchiz olunub. Kompressorun sayəsində siz maksimal səs azlığı, yüksək komfort və enerji səmərəliliyi əldə edirsiniz.

Yeni kompressor otağı soyutmaq üçün əvvəlkindən iki dəfə az vaxt tələb edir və nəticə olaraq, enerji sərfiyyatı da dəfələrlə azalır.

Temperatur təyin olunmuş həddə çatan kimi adi kondisioner işini dayandırır və sönür. Amma otağın havası qızır və kondisioner yenidən işə düşür. Qurğu işə salınan anda isə yüksək miqdarda enerji sərf olunur.
Yeni Samsung kondisionerləri kəskin şəkildə sönüb-yanmır: o, soyutma gücünü avtomatik dəyişir və temperaturu tənzimləyərək sizi maksimal rahatlıqla təmin edir. Nəticədə otağın havası qızmağa imkan tapmır, temperatur dayanmadan sizin təyin etdiyiniz həddə qorunub saxlanır.

Kondisioner temperaturu tez-tez dəyişmək əvəzinə havanı tədricən sərinlədir. Bu isə enerji sərfiyyatında, temperaturda kəskin fərqləri aradan qaldırır və qurğunun işi zamanı səs-küyü azaldır. İstifadəçi enerjiyə gözə çarpacaq dərəcədə qənaət edərək, eyni zamanda maksimal rahatlıq əldə edir.

Göstərilən innovasiyalar sayəsində Samsung kondisionerləri sizə 70%-dək enerjiyə qənaət etməyə imkan verir. Beləliklə, siz daha sərf olunan işıq enerjisinə görə narahatlıq keçirməyəcəksiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti