...

Təhsil Nazirliyindən xəbərdarlıq: İşbazların toruna düşməyin

Cəmiyyət Materials 10 Avqust 2016 13:30 (UTC +04:00)
Təhsil Nazirliyi xaricdə təhsil almağa gedən tələbələrə xəbərdalıq edib.
Təhsil Nazirliyindən xəbərdarlıq: İşbazların toruna düşməyin

Bakı. Trend:

Təhsil Nazirliyi xaricdə təhsil almağa gedən tələbələrə xəbərdalıq edib. Trend-in məlumatına görə, Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, televiziya kanallarında bəzi şirkətlər attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış reklamlar verir.

C.Valehov bildirib ki, Təhsil Nazirliyi heç bir şirkətə belə zəmanət verməyib. O qeyd edib ki, bu yanlışdır, insanları aldatmaqdır və şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edirlər.

C.Valehov insanları saxta zəmanət adı ilə işbazların toruna düşməməyə çağırıb: "Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Diploma zəmanət verilməsi prosesi gəncin bitirdiyi universitetin səviyyəsi, tələbənin akademik göstəriciləri, oxuduğu müddətdə universitetdə təhsilin keyfiyyəti, qazandığı kreditlərin sayına qədər bütün məlumatlar təhlil olunur və bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir".

C.Valehov qeyd edib ki, Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti