...

Ağdam və Tərtərdə partlamış top mərmilərinin qalıqları aşkar edilib (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2016 17:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Mahrızlı kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 6 500 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 7 500 kv.m ərazi yoxlanılıb.

Bu gün 1 əkin sahəsi və 1 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 14 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel-19 avqust Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində  642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

 

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti