"Media və radikal cərəyanlara qarşı mübarizə yolları" konfransı keçirilib (FOTO)

"Media və radikal cərəyanlara qarşı mübarizə yolları" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Media və radikal cərəyanlara qarşı mübarizə yolları» mövzusunda konfrans keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasının dini məsələlərə yanaşma tərzi mənəvi əhəmiyyət daşıyıb. Bu zaman hər hansı təfriqəçilik meyli nəzərə çarpmayıb. Başlıca olaraq dinin dövlətdən ayrı olması prinsipi rəhbər tutulub, dövlətçilik maraqlarına sadiqlik nümayiş ön planda olub.

Azərbaycanın dövlətçilik maraqlarında Türkiyə ilə strateji müttəfiqliyin mühüm həlqəni təşkil etdiyini vurğulayan Ə.Amaşov onu da bildirib ki, qardaş ölkədə iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycan cəmiyyəti, o cümlədən mediası tərəfindən şiddətlə qınanılıb. Bu baxımdan çevriliş cəhdini edən nurçuların ölkəmizdə də dayaqlarının mövcudluğu istiqamətində diskussiyalar açılıb. Ə.Amaşov medianın bu sayaq məsələlərə münasibətdə həssas davranmasının zəruriliyini əsaslandırıb. Hansısa şəxsin və şəxslərin bu xüsusda damğalanmasının düzgün yanaşma olmadığını vurğulayıb. Cəmiyyətdə bölücülüyün yaranmaması üçün medianın hadisə və proseslərə obyektiv yanaşmasının, faktlara söykənməsinin vacibliyini bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Azərbaycan dövlətinin mediaya hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Buna qarşılıq kütləvi informasiya vasitələrinin də jurnalistikanın təməl prinisiplərinə, Həsən bəy Zərdabi ənənələrinə sadiqliyinin zəruriliyini əsaslandırıb.

Medianın cəmiyyətdə bölücülük yaratmağa xidmət edən cərəyanların ifşasında mühüm missiya daşıdığını önə çəkən PA rəsmisi bunun dövlətçilik maraqlarının müdafiəsi prinsipindən irəli gəldiyini deyib. O, həmçinin Azərbaycan dövlətinin müəyyən siyasi məqsədlər gerçəkləşdirməyə çalışan dini sekta və cərəyanlara qarşı mövqeyinin hər zaman barışmaz xarakter daşıdığını diqqətə çatdırıb.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov çıxışında bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə qardaş Türkiyə ilə müttəfiqliyə sadiqlik əsas xətt olub. Bunun nəticəsi idi ki, vaxtilə nurçu dini təriqətinə məxsus ədəbiyyatların ölkəyə gətirilməsinə izacə verilmişdi. Bununla belə Azərbaycan dövləti bu istiqamətdə yarana biləcək təhlükələri nəzərə alıb və müvafiq tədbirlər həyata keçirib.

İslam dinindən sonra yaranmış islamçı cərəyanların siyasi məqsədlərə hesablanmış  mövqe seçdiklərini xatırladan «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bu prosesin milli dövlətlərin sıradan çıxarılması məqsədi daşıdığını vurğulayıb. O, Azərbaycan cəmiyyətinin belə mənfi təmayüllərə qarşı hər zaman səfərbər olmasının vacibliyini bildirərək medianı mövcud istiqamətdəki fəaliyyətdə başlıca ictimai institut kimi dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, dini təhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyi müstəvisində dəyərləndirilən məsələdir. Bu məsələdə geniş toplumla yaxınlıq baxımından məscidlər nə qədər mühüm rol oynayırlarsa, KİV-lər də eyni mövqedədirlər.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Azərbaycanın dünyəvi təməllər üzərində qurulmuş müstəqil respublika olduğunu bildirib. Bu təmələ qarşı hər hansı kənar qüvvələrin qarşısının qətiyyətlə alınmasının vacibliyindən söz açıb. Baş redaktor belə məsələlərə münasibətdə KİV-lərin göstərdiyi həssaslığın ümumvətəndaş və ümumdövlət maraqlarına söykəndiyini bildirib.

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev nurçu təriqətinin Azərbaycana 1990-cı ilin əvvəllərində ayaq açdığını xatırladıb. O bildirib ki, bu təriqətin daşıdığı siyasi məqsədlərin Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil etməsi aktuallığını saxlayan məsələlərdəndir.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu müzakirə olunan mövzunun əhəmiyyətini əsaslandırarkən vurğulayıb ki, burada söhbət təkcə Türkiyəni və Azərbaycanı deyil, bütövlükdə türkdilli ölkələri cənginə almış təhlükədən gedir. Baş redaktor onu da bildirib ki, nurçuların, fətullahçıların Azərbaycanda özlərinə dayaq tapmalarının əsasında Türkiyə dövləti ilə həmrəylik nümayişi durub. Lakin 15 iyulda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra məsələ fərqli müstəvidə dəyərləndirilməlidir. Çünki çevriliş cəhdi əslində Türkiyə dövlətçiliyinin çökdürülməsi cəhdi idi ki, bu da yolverilməzdir. Eyni zamanda nurçularla əlaqəsinin olduğu bildirilən şəxslərə qarşı 1937-ci il repressiyalarını xatırladan tərzdə davranılması da məqbul deyil.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli nurçuluğa qarşı mübarizənin peşəkar qurulmasının vacibliyini əsaslandırıb. O bildirib ki, mövcud istiqamətdə tutarlı araşdırmalar aparılmalıdır. İttihamçılıq dəst-xətti mahiyyətcə gülənçiliyin xeyrinədir.

MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, Türkiyədəki dövlət çevrilişinə cəhd ilə nurçuların terrorçu mahiyyəti üzə çıxdı. Bu isə Azərbaycanda onlarla əlaqəsinin olduğu bilinən şəxslərin mühüm dövlət qurumlarından, o cümlədən ölkə parlamentindən sıxışdırılmasını zəruriləşdirir.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında dini maarifləndirmə və müxtəlif dini cərəyanların doğurduğu təhlükəyə dair dövlət qurumları ilə birgə tədbirlərin davamlı şəkildə təşkil olunmasını təklif edib.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatının müzakirə olunan məsələyə daim yer verdiyini vurğulayıb və əlavə edib ki, ümumən baxış elmi-konseptual mahiyyət daşımalıdır. Baş redaktor onu da bildirib ki, hazırda siyasi partiyaların sosial bazası yoxdur, ancaq dini təriqətlər öz ətraflarında müəyyən kütləni toplayırlar. Vəziyyətin nə üçün bu cür şəkil almasına da diqqət yetirilməlidir.

MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı deyib ki, müxtəlif dini cərəyanların daşıdıqları siyasi mahiyyətlə bağlı cəmiyyətdə mütəmadi şəkildə təbliğat işləri aparılmalıdır. Ancaq bu təbliğat heç bir halda hüquqi dövlətin norma və prinsipləri çərçivəsindən kənarda olmamalıdır.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, nurçular Türkiyə kimi güclü dövlətin əsaslarını zəiflətmək üçün ciddi cəhd etdilər. Kim təminat verə bilər ki, onların tərəfdarları eyni hərəkətlərini Azərbaycanda reallaşdırmaq istəməyəcəklər? Buna görə də cəmiyyətin, o cümlədən medianın təhlükəyə qarşı hər zaman səfərbər olması şərtdir.

«Teleqraf Holdinq»in rəhbəri Aynur Quliyeva diqqəti ölkəmizdə nurçulara məxsus təhsil şəbəkələrinin də fəaliyyətinə çəkib. O bildirib ki, həmin müəssisələrdə təhsilin keyfiyyətliliyi hər kəsi cəlb edirdi. Belə bir durumda Azərbaycanın öz təhsil səviyyəsinin yüksək olması lazımdır.

«Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov SSRİ-nin dağılmasından sonra Qərb üçün qırmızı təhlükə aradan qalxdı. Lakin Qərb özü üçün olan yaşıl təhlükəni, yəni İslamı sıradan çıxarda bilməyib. Buna görə də müxtəlif planlar işləyir ki, belə planlardan biri də nurçularla bağlıdır.

“Yenicag.info” saytının baş redaktoru Aqil Ələsgər çıxışında bir sıra dövlət qurumlarında hələ də nurçulara yaxınlığı olan şəxslərin qaldıqlarından narahatlığını ifadə edib.

 

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO/VİDEO)
FHN işğaldan azad olunmuş ərazilərdə partlayış təhlükəli əşyalarla bağlı əhaliyə müraciət edib
Oğuzda şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Mərkəzi Bankı investisiya əməliyyatlarının tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçirəcək - İdarə rəisi (ÖZƏL)
ABŞ Senatı Səudiyyə Ərəbistanına raket satışına icazə verib
Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Omicron" ştammı dünyanın 57 ölkədə aşkarlanıb
Məcburi peyvənd ən son tədbir olmalıdır - ÜST
Alimlər COVID-dən ölüm riskini beş dəfə artıran xəstəliklərin adlarını açıqlayıblar
"Instagram" da yeniliklər tətbiq edilir
Braziliya COVID-ə qarşı peyvənd olunmamış əcnəbilərə karantin tətbiq edir
Türkiyənin elektrikli avtomobilləri Las Veqasda keçiriləcək sərgidə nümayiş etdiriləcək
Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər
Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub
“Milan” avrokuboklarla vidalaşdı, "Atletiko" inamlı qələbə qazandı
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir
UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Lerikdə zəlzələ olub
Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib - XİN
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)
Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi
Erməni mətbuatında Azərbaycan ərazisindəki qanunsuz erməni silahlısının öldürülməsi barədə yayılan məlumat əsassızdır - MN
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub (FOTO)
Azərbaycanda vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur
Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi
Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST
Prokuror Vüqar Səfərliyə cəza istədi
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir
Qəbələdə evini tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb (FOTO)
“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı açıqlanıb
Səbaildə məhəllədaxili su xətləri yenilənir, nasos stansiyaları ləğv edilir (FOTO)
Mərkəzi Nəbatat Bağına icraçı direktor təyin edilib
Zabrat yolunda səhər saatları nəqliyyatın hərəkəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
Suraxanıda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Xidmətinin sabiq idarə rəisinin işi məhkəməyə göndərildi
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələndi (FOTO)
İranda daha 3,5 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?
Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov
Ermənistanın Vətən müharibəsindən sonra imzalanan sənədləri yerinə yetirməsi vacibdir - Numan Kurtulmuş
Zaqatalada şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edilib
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
"AccessBank"da iş var
Baş dərisi üçün maye qaz pilinqi saç tökülməsi problemini həll etməyə kömək edəcək
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov
Bələdçilərin sertifikatlaşdırılması ilə bağlı akkreditasiya attestatının təqdimat mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Xalq Bankdan növbəti premium kart - Visa Infinite
Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib, müzakirələr gedir (ÖZƏL)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər