...

Şimal bölgəsində çaylarda suyun səviyyəsi 90 santimetrədək artıb

Cəmiyyət Materials 2 Sentyabr 2016 13:06 (UTC +04:00)
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Şimal bölgəsində çaylarda suyun səviyyəsi 90 santimetrədək artıb

Bakı. Trend:

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-i gündüzdən 2-si səhərədək yağan intensiv yağış nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 45-70, Kiçik Qafqazın çaylarında isə 2 sm artım qeydə alınıb.

Sentyabrın 1-dən 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonlarının ərazisindən axan Dəmiraparançaydan və Girdimançaydan qısamüddətli sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 450-920, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 180-200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 83 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4 , Salyanda 10, Bankədə 39 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2015-ci il sentyabrın 2-də 347 sm), Salyanda 174 sm (2015-ci il sentyabrın 2-də 140 sm), Bankədə 221 sm (2015-ci il sentyabrın 2-də 165 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2015-ci il sentyabrın 2-də 68 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti