...

Məktəbəhazırlıq qrupları ilə bağlı tələblər və tətil günləri açıqlandı

Cəmiyyət Materials 17 Sentyabr 2016 11:41 (UTC +04:00)
Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması ilə bağlı tələblərini və onlar üçün tətil günlərini açıqlayıb.
Məktəbəhazırlıq qrupları ilə bağlı tələblər və tətil günləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması ilə bağlı tələblərini və onlar üçün tətil günlərini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr. Qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәrindəki mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı әn azı 10 uşaq, şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 15 uşaq olmalıdır. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır. Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 gün keçilir. Bir gün әrzindә 3 mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәrә davamiyyәt vә tәdris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların tәlim nailiyyәtlәri şifahi formada qiymәtlәndirilir vә bu barәdә valideynlәrә mәlumat verilir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır. Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә (I yarımil: 1 oktyabr-26 yanvar; II yarımil: 1 fevral-31 may) bölünür. Dәrs ili әrzindә 5 gün payız tәtili (16-20 noyabr), 5 gün qış tәtili (27-31 yanvar), 5 gün әlavә tәtil (1-5 may) olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" yeni qərarına əsasən, bu ildən dövlət ümumtəhsil məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılacaq. Azərbaycanda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti