...

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2016 11:40 (UTC +04:00)
Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb.
Quba-Xınalıq yolunda hərəkət bərpa olunub (FOTO)

Bakı. Trend:

Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb.

Azəravtoyol ASC-dən Trend-ə verilən məlumata görə, bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb.

Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.

Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti