...

JTI şirkəti Azərbaycanda sayca altıncı su təchizatı layihəsi həyata keçirdi

Cəmiyyət Materials 19 Sentyabr 2016 20:01 (UTC +04:00)
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
JTI şirkəti Azərbaycanda sayca altıncı su təchizatı layihəsi həyata keçirdi

Bakı. Trend:

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sayca altıncı olan layihə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şamaxı rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və MQF-nin Prezidenti Rauf Zeyni layihə haqqında məlumat verib və layihənin əhəmiyyətini qeyd edərək onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirib.

Sonra çıxış edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roberts İnapss JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, MQF-yə əməkdaşlığa görə təşəkkür edib və belə layihələrin davam etdiriləcəyini bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Su təchizatı qurğusunun ümumilikdə qəsəbə və ondan kənarda yaşayan 5,000-ə qədər insanı içməli su ilə təchiz edəcəyi gözlənilir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və dörd tonluq çən quraşdırılıb.

2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik, Balakən və Yardımlı rayonlarının müxtəlif kənd və qəsəbələrində içməli su təminatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 25,000-ə yaxın insan içməli su ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti