...

BANM tələbələrinə "SOCAR-AQŞ" sertifikatlar verdi (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2016 13:18 (UTC +04:00)
BANM tələbələrinə "SOCAR-AQŞ" sertifikatlar verib.
BANM tələbələrinə "SOCAR-AQŞ" sertifikatlar verdi  (FOTO)

Bakı. Trend:

“SOCAR-AQŞ”də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində BANM-in rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.

Bu barədə Trend-ə BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

O, deyib ki, “SOCAR-AQŞ”də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Bu da tələbələrə yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar verir. Elmar Qasımov “SOCAR-AQŞ”-nin rəhbərliyinə tələbələrin müəssisədə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

“SOCAR-AQŞ”nin Baş direktoru Ramin İsayev bildirib ki, iki aylıq təcrübə proqramı çərçivəsində vaxtaşırı olaraq müəssisədə təcrübə keçən tələbələrlə görüşüb. Baş direktor proqramın gedişatı və tərtib olunan tədbirlər planı haqqında tələbələrin münasibətlərini öyrəndiyini deyib. Ramin İsayev tələbələrin proqramda həvəslə iştirak etmələri, məsuliyyətli davranışları və təhkim olunduqları sahələrə dair müxtəlif təqdimatlar hazırlayaraq qrup sessiyaları təşkil etmələrindən məmnunluğunu bildirib.

Qeyd edək ki, Bu il “SOCAR-AQŞ”də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib. Onlardan 109 nəfəri müsabiqələrə buraxılıblar. Yekunda 17 nəfər təcrübəçi olmaq şansını əldə edib. 17 nəfərdən 3-ü BANM-in tələbəsidir. Belə ki, 2 tələbə “Kimya mühəndisliyi”, 1 nəfər isə, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti