...

Müəllim və polislərə psixoloji yardım göstərilsin – Parlamentdə təklif

Cəmiyyət Materials 26 Oktyabr 2016 16:34 (UTC +04:00)
Polis və müəllimlərə psixoloji yardım göstərilməsi təklif edilir.
Müəllim və polislərə psixoloji yardım göstərilsin – Parlamentdə təklif

Bakı. Elçin Mehdiyev – Trend:

Polis və müəllimlərə psixoloji yardım göstərilməsi təklif edilir. Trend-in məlumatına görə, bu barədə təklif Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.

Qeyd olunub ki, polislərə hər hansı cinayətkar dəstənin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatdan əvvəl və sonra mütləq psixoloji yardım göstərilməlidir.

İclasda millət vəkilləri hesab edirlər ki, əməliyyat zamanı polislərdə bir sıra psixoloji problem yarana bilər, eləcə də əməliyyatda həmkarının yaralanması və ya həlak olması onlara sonradan ciddi psixoloji problemlər yarada bilər. Ona görə də belə əməliyyatdan öncə və sonra bu tip yardımlar vacib sayılır.

Həmçinin fövqəladə hallar orqanlarında çalışan əməkdaşlara da psixoloji yardımın göstərilməsi məqsədəuyğun hesab edilib.

İclasda müəllimlərə də psixoloji yardımın göstərilməsi və müəllimlərin işə götürülməzdən əvvəl psixoloji testdən keçməsi təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti