...

Şəmkirdə 16 yaşlı məktəblini bıçaqlayanın kimliyi müəyyənləşdi (ÖZƏL)

Cəmiyyət Materials 1 Noyabr 2016 11:02 (UTC +04:00)
Oktyabrın 31-də Şəmkir rayonunda orta məktəb şagirdini bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.
Şəmkirdə 16 yaşlı məktəblini bıçaqlayanın kimliyi müəyyənləşdi (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Oktyabrın 31-də Şəmkir rayonunda orta məktəb şagirdini bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

Şəmkir rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisəni törədən şəxs rayonun Yeni Həyat kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Abbasəli Xanlar oğludur. A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Şöbədən bildiriblər ki, hadisə şəxsi mübahisə nəticəsində baş verib: "Bıçaqlanan şəxs - 2000-ci il təvəllüdlü Ceyhun Məmmədov xəstəxanaya daxil olarkən hadisəni gizlədib. Əvvəlcə o ifadəsində bildirib ki, məktəbdə yıxılıb və xəsarət alıb. Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, C.Məmmədov bıçaqlanıb".

Qeyd edək ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. 16 yaşlı məktəbli C.Məmmədov təhsil aldığı məktəbin yaxınlığında 11-ci sinif şagirdi tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Yeniyetmə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti