Bakı. Səba Ağayeva - Trend
Macarıstanın 3 iri turizm şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır. Bunu Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Səfirin sözlərinə görə, ölkənin aparıcı şirkətlərindən olan “1000 Yol”, “Robinzon Turs” və “Vedi Turs” Macarıstanla Azərbaycan arasında turizm münasibətlərinin inkişafında maraqlıdır və bunun üçün Azərbaycan bazarını araşdırırlar.
Səfir azərbaycanlı turistlərin son illərdə Macarıstana marağının artdığını da qeyd edib. Qeyd edək ki, bu ilin martında Macarıstanın WizzAir aviaşirkəti Bakı-Budapeşt-Bakı reysi ilə uçuşları bərpa etmişdi.