...

Bakıda təcili eniş edən təyyarənin sərnişini yola salınıb

Cəmiyyət Materials 7 Noyabr 2016 17:57 (UTC +04:00)
London-Dehli reysi ilə uçan "British Airways" aviaşirkətinə məxsus təyyarə ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanına məcburi eniş edib
Bakıda təcili eniş edən təyyarənin sərnişini yola salınıb

Bakı. Maksim Tsurkov - Trend:

London-Dehli reysi ilə uçan "British Airways" aviaşirkətinə məxsus təyyarə ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanına məcburi eniş edib. Bu barədə Trend-ə hava limanından məlumat verilib.

Verilən məlumata görə, Boeing 777 təyyarəsi sərnişinlərdən birinin səhhətində yaranan problemlərlə əlaqədar Bakı aeroportunda təcili eniş etməli olub. Berri Stiven Edrik adlı sərnişin Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilib.

Həmin sərnişinin müalicəsinin uğurla başa çatdığı deyilir və qeyd olunur ki, o daha sonra təyinat nöqtəsinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti