...

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 9 rayondan 400-ə yaxın məktəbli Azərbaycanın şimal bölgəsinə ekskursiya edib

Cəmiyyət Materials 12 Noyabr 2016 17:21 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində doqquz rayonun şagirdlərindən ibarət qruplar şimal bölgəsinə ekskursiyaya gəliblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 9 rayondan 400-ə yaxın məktəbli Azərbaycanın şimal bölgəsinə ekskursiya edib

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində doqquz rayonun şagirdlərindən ibarət qruplar şimal bölgəsinə ekskursiyaya gəliblər.

Trend-in məlumatına görə, Ağdam, Bərdə, Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin 400-ə yaxın IX-XI sinif şagirdi dörd gün ərzində Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskurssiyada iştirak edirlər.

Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar.

Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.

Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

Ekskursiyada iştirak edən məktəblilər noyabrın 15-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti