...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Lənkəranda olublar

Cəmiyyət Materials 13 Noyabr 2016 02:53 (UTC +04:00)
Aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Lənkəranda olublar

Bakı. Trend:

“Ölkəmizi tanıyaq” layihəsinin altıncı mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları - Gəncə, Şəmkir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Daşkəsən, Kəlbəcər, həmçinin Bakı şəhərinin Nəsimi, Yasamal və Binəqədi məktəbliləri və onların müəllimləri noyabrın 12-də axşam saatlarında Lənkərana gəliblər.

Aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.

Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Qafqaz sahil”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində, “Şah sarayı”nda yerləşdiriliblər.

Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.

Məktəblilər noyabrın 13-də Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti