...

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində İsmayıllı məktəblilər şimal bölgəsində

Cəmiyyət Materials 17 Noyabr 2016 14:00 (UTC +04:00)
İsmayıllı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 17-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində İsmayıllı məktəblilər şimal bölgəsində

Bakı. Trend:

İsmayıllı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 17-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.

Trend-in məlumatına görə, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin rayon rəhbərləri, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, “Ölkəmizi tanıyaq” layihəsinin Prezident İlham Əliyevin gənc nəslə, təhsil sisteminə diqqət və qayğısının nəticəsi olduğunu söyləyib. M.Sadıqov, eləcə də digər çıxış edənlər tur-aksiyanın şagirdlərə ölkəmizi daha yaxşı tanımaqda, tarixini, coğrafiyasını, sosial-iqtisadi inkişaf səviyyəsini öyrənməkdə böyük kömək edəcəyini vurğulayıblar.

Təhsil şöbəsinin müdiri Rasim Orucov qeyd edib ki, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya şagirdlərin vətənpərvərlik tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu gün hər bir məktəbli öz ölkəsini yaxşı tanımalıdır.

Məktəblilər şimal bölgəsi ilə tanışlığı səbirsizliklə gözlədiklərini bildirib, tur-aksiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını deyiblər.

Görüşdən sonra şagirdlər yola salınıblar. Onlar Şamaxıda digər rayonlardan olan həmyaşıdları ilə görüşəcək, sonra Qubaya yollanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti