...

Azərbaycanın cənub bölgəsinə səyahət məktəblilərdə zəngin təəssürat yaradıb

Cəmiyyət Materials 20 Noyabr 2016 11:37 (UTC +04:00)
Noyabrın 20-də tur-aksiyanın Bakının Sabunçu, Nərimanov və Nizami rayonlarından, eləcə də Zaqatala, Balakən, Qax, Tərtər, Yevlax və Şuşadan olan iştirakçıları Lənkəran şəhərinin Bayraq Meydanından yaşadıqları şəhər və rayonlara yola düşüblər
Azərbaycanın cənub bölgəsinə səyahət məktəblilərdə zəngin təəssürat yaradıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin altıncı mərhələsi çərçivəsində regionlara təşkil edilmiş tur-aksiyalar başa çatıb.

Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində ölkəmizin cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.

Trend-in məlumatına görə, noyabrın 20-də tur-aksiyanın Bakının Sabunçu, Nərimanov və Nizami rayonlarından, eləcə də Zaqatala, Balakən, Qax, Tərtər, Yevlax və Şuşadan olan iştirakçıları Lənkəran şəhərinin Bayraq Meydanından yaşadıqları şəhər və rayonlara yola düşüblər.

Aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar.

Cənub bölgəsindən zəngin təəssüratla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti