...

"Ölkəmizi Tanıyaq" tur-aksiyasında Cənub bölgəsinə səfər edən Binəqədi məktəblilərinin təəssüratları (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2016 15:00 (UTC +04:00)
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Cənub bölgəsinə səfər etmiş Binəqədi məktəbliləri təəssüratlarını bölüşüblər.
"Ölkəmizi Tanıyaq" tur-aksiyasında Cənub bölgəsinə səfər edən Binəqədi məktəblilərinin təəssüratları (FOTO)

Bakı. Trend:

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Cənub bölgəsinə səfər etmiş Binəqədi məktəbliləri təəssüratlarını bölüşüblər.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, noyabrın 12-də “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər ediblər. Səfər uğurla yekunlaşıb. Səfərdən geri dönən məktəblilər təhsil aldıqları məktəblərdə cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşüblər.

Görüş zamanı məktəblilər səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat ediblər. Xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə dövlət başçısına təşəkkür ediblər və layihənin davamlı olması ilə bağlı arzularını bildiriblər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulayıblar.

Nicat Xankişiyev: 179 saylı tam orta məktəbin 10-cu sinif şagirdi

"Mən bir şagird olaraq “Ölkəmizi tanıyaq” layihəsinin iştiakçısı olduğu üçün qürur hissi keçirirəm. Bildirmək istəyirəm ki, biz məktəblilər üçün nəzərdə tutulan bu gözəl layihə, biz məktəblilərin dünya görüşünü və savadını çox artırır. Mən bu səfər çərçivəsində ölkəmizdə olan inkişafın təkcə Bakı şəhərində olmadığnı gördüm. Bunları görmək məni çox sevindirdi və geriyə gələn kimi bu inkişaf barədə hamıya danışdım".

Zöhrə Məmmədova: "246 saylı məktəb-liseyin 9-cu sinif şagirdi

"Ölkə başçısının ideyası əsasında həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı oldum. Ölkəmizin cənub bölgəsi ilə yaxından tanışlıq çox maraqlı oldu. Azərbaycanın dilbər guşələri, öz təbii sərvətləri ilə tanınan Lənkəran, Astara, Masallı rayonlarını gəzmək, cənub bölgəsinin tarixi məkanlarında olmaq, relyefini, iqlimini görmək, folklorunu dinləmək hər bir şagird kimi məni də çox sevindirdi. Çox təşəkkür edirəm ki, biz şagirdlərə ölkəmizi daha yaxından tanımaq və öyrənmək üçün belə imkan yaratmısınız".

Zəhrə Həsənova: 83 saylı məktəb-liseyin 10-cu sinif şagirdi

"Bir şagird kimi çox şanslıyam ki, mən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Cənub bölgəsinə səfərdə iştirak etmişəm. Səfər çərçivəsində təəsürratlarım o qədər genişdir ki, nə qədər yazsam tükənməz. Tanrının bütün təbiət gözəlliklərinin bəxş edildiyi qədim və müasirliyin sintez olunduğu Lənkəran, Masallı və Astara şəhərlərini qarış-qarış gəzərək ətraflı məlumat əldə etmək çox şərəfli və həm də hisslərə sığınmayan bir arzumun gerçəkləşməsi oldu. Hər qarışında bir tarix var bu diyarların. Lənkərana, Masallıya, Astaraya səfərimiz və tarixi abidələrimizlə yaxından tanışlığımız biliklərimizin genişlənməsi üçün böyük təkan oldu. Biz şagirdlərə yaratdığınız şəraitə və diqqətə görə ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Həmişə dövlətimizə layiq olmağa və ölkəmizi layiqli təmsil etməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti