...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə olimpiada keçiriləcək

Cəmiyyət Materials 28 Noyabr 2016 10:33 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcək.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə olimpiada keçiriləcək

Bakı. Trend:

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il VII buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunur.

Layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

11 dekabr 2016-cı il tarixində baş tutacaq “Fənlərin Dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və respublikanın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.

“Fənlərin dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiada Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaq. Olimpiadanın dəstəkçiləri Modika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsidir.

İnformasiya dəstəyi - Trend.az, ATV, Ustad dərgisi, senet.az portalı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti