...

Azərbaycanda ilk dəfə "Tibbi hüquq" seminarı keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2016 13:13 (UTC +04:00)
Tibb və hüquq insanlıq tarixi qədər iki qədim ixtisas sahəsidir.
Azərbaycanda ilk dəfə "Tibbi hüquq" seminarı keçirilib (FOTO)

Bakı. Trend:

Tibb və hüquq insanlıq tarixi qədər iki qədim ixtisas sahəsidir. Hər ikisi də başda insan həyatı olmaqla insanın sahib olduğu dəyərləri qorumaq məqsədi daşıyır. Tibb insanın fiziki, ruhi və ictimai sağlamlığını qoruyub inkişaf etdirilməsini və ortaya çıxan xəstəliklərin aradan qaldırılmasını, hüquq cəmiyyət içində yaşayan insanın əlaqələrinin tənzimlənməsini və ədalətin bərqərar edilməsini təmin edir.

Hazırda tibbi cihaz və kompüter texnologiyaları tibb sahəsində daha mükəmməl nəticələrin əldə edilməsinə, ötən illərlə müqayisədə neqativ halların yaranmamasına şərait yaratsa da, bunlarla paralel tibbi səhv və fəsad hadisələri olduqca aktual mövzulardandır. Belə ki, həm xəstə və xəstə yaxınlarının, həm də başda həkimlər olmaq üzrə bütün səhiyyə işçiləri və səhiyyə təşkilatlarının hüquqlarının bilinməsi, qorunması və müdafiə olunması, ötən illərə nəzərən daha çox əhəmiyyət qazanıb.

BSC Consulting & Outsourcing şirkəti bu sahədə araşdırmalar apararaq səhiyyə sektorunda idarəetmədə və müəssisə-həkim-pasient münasibətlərində boşluqların aradan qaldırılması üçün 22 noyabr 2016-cı ildə tibb və hüquq peşəsi nümayəndələrini bir yerə toplayaraq “Tibb müəssisələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi” mövzusunda seminar keçirib.
Seminarda təlimçi qismində BSC Consulting & Outsourcing şirkətinin İnsan Resurları departamentinin rəhbəri Təhminə Dəmirova, Marketinq departamentinin rəhbəri Tural Abbaslı və DSX Hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru Kənan Yusif-zadə çıxış edilər.

“Tibb müəssisələrində insan resurslarının idarə edilməsinin və əmək münasibətlərinin özəllikləri” haqqında çıxış edən Təhminə Dəmirova HR-ın tarixi, inkişaf mərhələləri və müasir dövrümüzdə tibb müəssisələrində yaranan HR problemləri haqqında geniş təqdimat etdi. Klassik Teylor məktəbi, işə qəbul prosesi, işçilərin dəyərləndirilməsi, biznesin səmərəli təşkili və inkişafında insan resurslarının rolu və s. mövzulara toxunan təlimçi tibb idarəetməsi üçün dəyərli məlumatlar paylaşaraq seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə “Tibb müəssisəsinin marketiq fəaliyyəti” mövzusunda çıxış edən Tural Abbaslı marketinqin önəmi və proqnozlaşdırılması, iş planının tərtib olunması, biznesin inkişafında marketoloqun rolları, tibb sektorunda fəaliyyətin səmərəli təşkili və inkişafında yaradılan imkanlar və s. haqqında tibb nümayəndələri üçün dəyərli məlumatlar paylaşıb. Bundan başqa “tibb nümayəndəsi pasientlə necə davranmalı?”, “pasientdə inam mütləqdirmi?”, “tibb nümayəndəlırinin biznes fəaliyyəti necə formalaşdılır?” kimi bütün iştirakçıları maarifləndirən mövzular ətrafında fikir mübadiləsi aparıldı. Aparılan sorğu nəticəsində tibb müəssisələrinin satış və marketinq strategiyasında faktiki mövcud olan problemlər aşkarlandı və həll metodları istiqamətində ilkin təkliflər verilib.

Daha sonra DSX Hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru Kənan Yusif-zadə “Dövlət və özəl tibbi xidmətlərin optimal idarəedilməsi” mövzusunu təqdim edərək tibb sektorunda müasir idarəetmə modellərindən, həkimlərin iş qrafiki və fəaliyyətindən, müasir texnologiyalardan istifadə halları kimi bir çox bəndlərə toxunub.

Ölkənin qabaqcıl tibb müəssisələrinin nümayəndələrini bir araya gətirən BSC Consulting & Outsourcing şirkətinin nümayəndləri çıxışlarında həm xəstə hüquqlarının qorunmasına, həm də həkim və ümumiyyətlə səhiyyə işçilərinin haqqlarının müdafiəsində yaranan boşluqları izah etməyə çalışıblar.

Ölkəmizdə hələ müstəqil bir elm halında olmayan Tibbi Hüquq əslində çox vacib olan bir araşdırma sahəsidir. Tibbi Hüquq əvvəlcə tibb və hüquq peşəsi nümayəndələrinin əməkdaşlığının tələb kimi, həm də tibb və hüququn öz alt kateqoriyalarının da ayrı-ayrılıqda elm sahələrinə qatılmasını tələb edir. Hazırda ölkəmizdə tibb sektorunda olduğu kimi sağlamlıqla əlaqədar hüquqi mübahisələri həll etmək üzrə fəaliyyət göstərən hüquqçular da təəssüf ki, tibbi hüquq mövzusunda kifayət qədər məlumata sahib deyillər.

Bu sahədə geniş elmi və praktik araşdırmanın olmaması da sektorun ən böyük çatışmamazlıqlarındandır. Şirkətimizin hədəflərindən biri də, tibbi hüququn müstəqil bir elm olaraq inkişafına kömək etmək və peşə nümayəndələri ilə birlikdə ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Artıq 20 ildir uğurla fəaliyyət göstərən və öz sektorunda qabaqcıl şirkət olan BSC Consulting & Outsourcing şirkətinin təşkil etdiyi növbəti uğurlu təlim bir çox problemlərin həlli istiqamətində atılmış ilk addımlardan hesab oluna bilər. Seminarımızda iştirak edən hər kəsə təşəkkür edirik və bu sahədə çalışmaq istəyən, bizim xidmətlərə ehtiyacı olan hər kəsi (fiziki və hüquqi şəxslərlə) BSC Consulting &Outsourcing şirkətində görüşməyə dəvət edirik. Biznes fəaliyyətinizin idarəedilməsində təkcə hüquq deyil, eyni zamanda maliyyə, mühasibatlıq, insan resurslarının idarəedilməsi kimi vacib olan bütün fəaliyyət növləri mövzusunda hər cür suallarınızı cavablandırmaq və ehtiyac duyduğunuz məsələlərdə Sizə dəstək olmaqdan məmnunluq duyuruq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti