...

Yavər Camalov: İstehsal etdiyimiz müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir

Cəmiyyət Materials 17 Dekabr 2016 10:23 (UTC +04:00)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir.
Yavər Camalov: İstehsal etdiyimiz müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, həmin zavodlarda 1160 adda müdafiə sənayesi təyinatlı məhsul istehsal olunur: "2009-cu ildən nazirlik beynəlxalq müdafiə sərgilərində iştirak edir. Bu günə qədər 32 beynəlxalq sərgidə iştirak etmişik. Nəticədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın bir sıra ölkələrinə - Amerika, Afrika qitəsi ölkələrinə, Cənubi Koreya və digər ölkələrə müdafiə sənayesi məhsullarının ixracına başlayıb. Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti