...

Gəncədə Gənclər Fondunun 5 illiyi münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2016 18:39 (UTC +04:00)
Bu gün Gəncədə Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
Gəncədə Gənclər Fondunun 5 illiyi münasibəti ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Gəncədə Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax, və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış ediblər. E.Vəliyev çıxışında bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Bu il Fondun fəaliyyətinin 5 ili tamam olması münasibətlə Fondun icraçı direktoru başda olmaqla, bütün əməkdaşlarını və gəncləri təbrik edib. E.Vəliyev 2016-cı il Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və dəstəyi üçün Fonda təşəkkürünü bildirmiş və işlərində uğurlar arzu edib.

Sonra F.Hacıyev dəvət edilən 15 rayon gənclərini salamlayaraq, Fondun bu günə qədər həyata keçirdiyi qrant müsabiqələrdə yaxından iştirak etdikləri üçün təşəkkürünü bildirib.

F.Hacıyev çıxışında qeyd edib ki, Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi dövlət başçısının 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılıb. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Ötən müddətdə Fond tərəfindən bugünki görüşdə iştirak edən Gəncə şəhəri üzrə 357, Samux rayonu üzrə 31, Göygöl rayonu üzrə 33, Ağdaş rayonu üzrə 31, Yevlax rayonu üzrə 72, Goranboy rayonu üzrə 30, Tərtər rayonu üzrə 28, Bərdə rayonu üzrə 77, Mingəçevir şəhəri üzrə 187, Naftalan şəhəri üzrə 12, Zərdab rayonu üzrə 32, Ucar rayonu üzrə 37, Göyçay rayonu üzrə 46, Daşkəsən rayonu üzrə 13, Ağdam rayonu üzrə 53 və Laçın rayonu üzrə 7 layihə dəstəklənib.

Tədbirin gedişatında millət vəkili Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfıq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat verib, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğulamış və Fonda təşəkkürlərini bildiriblər.

Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Gələcəyə Körpü gənclər təşkilatının sədri Seymur Vəliyev və Turan Məmmədzadə çıxış edərək Gənclər Fonduna minnətdarlığını bildirib və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırıblar.

E.Vəliyev Gəncə şəhəri adından F.Hacıyeva xalça hədiyyə edib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında Gəncə şəhər gəncləri üçün Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında konsert proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti