...

Ötən il Bakıda Təcili Yardım Stansiyasına müraciətlər 36 000 artıb

Cəmiyyət Materials 6 Yanvar 2017 11:28 (UTC +04:00)
2015-ci ilə nisbətən ötən il Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı 36 000 artıb.
Ötən il Bakıda Təcili Yardım Stansiyasına müraciətlər 36 000 artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-ci ilə nisbətən ötən il Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı 36 000 artıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən hesabat xarakterli tədbirdə deyib.

Onun sözlərinə görə, müraciətlərdə daha çox qəfləti xəstəliklər, yəni qan-damar sistemi xəstəlikləri (miokakrt infaktı, insult və s.) üstünlük təşkil edir.

İ.Əliyeva deyib ki, gündəlik olaraq 103 xidmətinə 2000-ə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır. Keçən il ərzində isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub ki, onlardan 63 mindən çox halda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub ki, onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub.

Təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

İ.Əliyeva qeyd edib ki, 2015-ci ilə nisbətən 2016-cı ildə avtoqəzada xəsarət alanların sayı 500-dən çox azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti