Bakı. Trend:
Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Elmira Tariverdiyeva Rusiya səfirliyi tərəfindən “Rusiya-Azərbaycan münasibətləri barədə yüksək səviyyəli materialların hazırlanması”na görə diplomu ilə təltif olunub.
Trend bildirir ki, təltifetmə Rusiya mətbuatı günü ilə əlaqədar Rusiya Məlumat-Mədəniyyət Mərkəzində keçirilmiş tədbir zamanı baş tutub.
Tədbir zamanı Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-nümayəndəsi Oleq Muraşov bir sıra azərbaycanlı jurnalistləri diplomlarla təltif edib.