...

Şamaxıda partlamamış top mərmisi tapılıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 16:18 (UTC +04:00)
Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) tapılıb.
Şamaxıda partlamamış top mərmisi tapılıb  (FOTO)

Bakı. Trend:

Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, hərbi sursat daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 2000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 16 yanvar 2017-ci il tarixlərində Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti