Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, həmin gün səhər saatlarından metronun "20 Yanvar" stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq: "Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da metro stansiyasında hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək".
N.Paşayev bildirib ki, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.