...

ƏMDK-da 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2017 06:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
ƏMDK-da 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anma tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları çıxış etmişlər. 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladan natıqlər, 27 il əvvəl müstəqillik və suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışıblar. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.

Natiqlər öz çıxışlarında bildirdilər ki, yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­si, 20-dən çox qa­dın və uşaq var idi.

Mərasimdə çıxış edən komitə əməkdaşları qeyd etmişlər ki, bü­tün öm­rü bo­yu xal­qın ya­nın­da olan Ulu Ön­də­ri­miz Hey­dər Əli­yev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ai­lə­si ilə bir­gə Azər­bay­ca­nın Moskva­da­kı da­i­mi nü­ma­yən­də­li­yi­nə gəl­di və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bə­ya­nat­la çı­xış et­di, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən 1990-cı il yan­var ayın­da fa­ci­ə­li ha­di­sə­lər za­ma­nı Azər­bay­can Res­pub­li­ka­sı­nın azad­lı­ğı, su­ve­ren­li­yi uğ­run­da hə­lak olan­la­rın əziz xa­ti­rə­sinin da­im yad edi­ldiyini bildiribdir.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, bü­tün fa­ci­ə­si ilə ya­na­şı, 20 Yan­var gü­nü xal­qı­mı­zın mil­li su­ve­ren­lik, azad­lıq uğ­run­da ye­nil­məz ira­də­si­nin rəm­zi­dir. Fa­ciə xal­qı­mı­zın mil­li azad­lıq uğ­run­da mə­ba­ri­zə­si­nin şan­lı sə­hi­fə­si­dir. Tə­pə­dən dır­na­ğa qə­dər si­lah­lan­mış im­pe­ri­ya or­du­su­nun cə­za təd­bir­lə­ri mil­lə­ti­mi­zin haqq sə­si­ni bo­ğa bil­mə­di. Ək­si­nə, yum­ruq ki­mi bir­lə­şən xal­qı­mız öz eti­ra­zı­nı, nif­rə­ti­ni da­ha uca­dan bə­yan et­di. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olundu ki, Azər­bay­can xal­qı 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rə­si­ni da­im əziz tu­ta­caq, on­la­rın fə­da­kar­lıq­la­rı xal­qımızın yad­da­şın­dan heç za­man si­lin­mə­yə­cək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti