...

Sinoptiklərdən növbəti XƏBƏRDARLIQ

Cəmiyyət Materials 27 Yanvar 2017 14:18 (UTC +04:00)
Sinoptiklər Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.
Sinoptiklərdən növbəti XƏBƏRDARLIQ

Bakı. Trend:

Sinoptiklər Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti