...

Ufa-Bakı aviareysi təxirə salınıb

Cəmiyyət Materials 27 Yanvar 2017 19:16 (UTC +04:00)
Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb
Ufa-Bakı aviareysi təxirə salınıb

Bakı. Ənvər Məmmədov - Trend:

Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, təyyarə bu gün Bakı vaxtilə saat 20:55-də gəlməli idi.

Bundan başqa bu gün saat 23:20-də uçmalı olan Bakı-Ufa reysi də təxirə salınıb.

Hava limanından bildirilib ki, reyslər yanvarın 28-ə təyin olunub. “Ufadan təyyarənin uçuşu Bakı vaxtilə saat 13:15-ə, Bakı-Ufa reysinin vaxtı isə 16:55-ə planlaşdırılıb”.

Ümumilikdə Bakıdakı güclü külək və yağıntılar aeroportun işinə təsir etməyib, hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti