...

"Nardaran və nardaranlılar” adlı kitab nəşr edilib

Cəmiyyət Materials 30 Yanvar 2017 17:40 (UTC +04:00)
Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib.
"Nardaran və nardaranlılar” adlı kitab nəşr edilib

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayevdir.

Kitab Bakının ən qədim kəndlərindən olan Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər, dəyərli alimlər, o cümlədən tarixçilər, şair və yazıçılar, din xadimləri, sənətçilər haqqındadır. Nəşr Nardaran və nardaranlılar barədə məlumat toplusu olub ensiklopedik xarakter daşıyır. Kitab oxucuya bu kəndin yetirməsi olan görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı dövrün ab-havasını, ruhunu hiss etmək, həyat və yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.
Nəşr, həmçinin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti